Millimizin sabiq hücumçusu Türkiyə klubunda
- 23 May 2022 10:58
- 649
Qadın voleyblçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimovanın yeni komandasının adı bəlli olub. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuz karyerasını yenidən Türkiyədə davam etdirəcək.
31 yaşlı voleybolçumuz 2022/23 illər mövsümündə bu ölkənin "Kuzeyboru" klubunun şərəfini qoruyacaq. Son mövsümü İtaliyanın "Casalmaggiore" klubunda keçirən Rəhimova ən azı bir il yeni komandasının uğurları üçün çalışacaq.
Qeyd edək ki, Polina Rəhimova 2015-ci ildə Yaponiya çempionatında bir oyunda 58 xal qazanmaqla dünya rekorduna imza atıb. Bu, bir sıra ölkələrdə forma geyinən voleybolçumuzun Türkiyədə ilk çıxışı olmayacaq. Rəhimova Bundan əvvəl "Fənərbaxça" və "Türk Hava Yolları" klublarında oynayıb.