AFFA-da dəyişiklik baş verib. Fərrux İsmayılov Kütləvi Futbol Departamentinin rəhbəri postundan gedib.

Rekord.az xəbər verir ki, o, bu addımı öz istəyi ilə atmayıb.

Vaxtilə millinin formasını geyinmiş keçmiş hücumçu federasiyanın digər idarəciləri ilə arasında yaranan fikir ayrılığı üzündən vəzifəsindən ayrılıb.

Bununla belə, AFFA İsmayılovu işsiz qoymaq fikrində deyil. Federasiya ona aşağı yaş qruplarından birində təyinat vermək niyyətindədir.

İsmayılov əvvəllər də yığmalarda çalışıb. Onadək isə “Bakı”nın akademiyasında fəaiiyyət göstərib. (sportinfo.az)