Millimizin sabiq üzvü Cavid İmamverdiyev "Sabah" klubunun futbol akademiyasındakı işindən ayrılıb.

Rekord.az xəbər verir ki, veteran futbolçu bundan sonra bütün fəaliyyətini II Liqa komandası olan "Hypers Quba"ya yönəldəcək.

Burada həm futbolçu kimi çıxış edəcək, həm də oynayan-məşqçi kimi baş məşqçi Elvin Həsənova kömək edəcək.