Millimizin Saransk toplanışı davam edir
- 07 Yan 2020 14:40
- 1162
Yunan-Roma güləşi üzrə yığmamız Rusiyada təlim-məşq toplanışını davam etdirir.
Rekord.az xəbər verir ki, yanvarın 2-dən Saransk şəhərində hazırlıqlara start verən millimiz Mordoviya komandasıyla birgə məşqləri davam etdirir.
Baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan toplanış yanvarın 16-dək davam edəcək.
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək "Qran-pri" turniri olacaq.