Millimizin Slovakiya ilə matçında norveçli hakim
- 11 Okt 2024 13:40
- 143
Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunun matçına norveçli hakimlər təyinat alıblar.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanı FIFA referisi Rosit Saqqi idarə edəcək.
Ona Morten Yensen və Anders Olav Dale kömək göstərəcək. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.