Millimizin son oyunu latviyalı hakimə tapşırıldı
- 23 Okt 2019 12:20
- 817
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, yığmamız Farer adalarından olan həmyaşıdları ilə qarşılaşacaq. Görüş saat 16:00-da başlayacaq.
Azərbaycan millisi ilk turda Sloveniyaya 0:6, ikinci turda isə Norveçə 0:5 hesabıyla uduzmuşdu.
AÇ-nin seçmə mərhələsi
23 oktyabr
16:00. Azərbaycan – Farer adaları
Baş hakim: Jelena Jermolajeva (Latviya)
Baş hakimin köməkçiləri: Liga Didrike (Latviya), Svitlana Grushko (Ukrayna)
Dördüncü hakim: Kateryna Usova (Ukrayna)