
Millimizin üzvləri avrokubokun yarımfinalında üz-üzə gəldilər
- 05 Mar 2025 10:03
- 58
Qadın voleybolçular arasında CEV Kubokunda yarımfinal oyunları start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvləri bu mərhələdə bir-birinə rəqib olublar.
Yığmamızın kapitanı, blokçumuz Ayşən Abduləzimovanın şərəfini qoruduğu Macarıstanın "Vasas Obuda" klubu hücumçumuz Yelizaveta Ruban və digər blokçumuz Olen Xarçenkonun formasını geyindiyi Rumıniyanın "CSM Volei Alba-Blaj" kollektivi ilə qarşılaşıb. Budapeştdə baş tutan ilk görüş gərginliyi ilə yadda qalıb. Tay breykə kimi davam edən bu matçda Rumıniya təmsilçisi 3:2 (24:26, 25:19, 9:25, 25:18, 15:9) hesabı ilə qələbə qazanıb.
Bu oyunda millimizin və "Vasas Obuda"nın kapitanı qonaqları 9 dəfə məyus edib. Abduləzimova bu xallardan 4-nü blokda, 3-nü hücumda, 2-ni isə eyslə qazanıb. Ruban 23 dəfə (16 hücum, 4 eys, 3 blok), Xarçenko isə 11 dəfə (6 hücum, 5 blok) fərqləniblər.
Qeyd edək ki, cütün cavab matçı martın 11-də Rumıniyada baş tutacaq. "CSM Volei Alba-Blaj" istənilən hesablı qələbə ilə adını finala yazdıracaq. "Vasas Obuda" isə yarışda davam etmək üçün mütləq qələbə qazanmalı, ardından qızıl seti də də aktivinə yazmalıdır.