Millimizin üzvləri əməliyyat olunub
- 2024-09-17 15:00
- 157
Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvləri Turan Bayramov və Əliabbas Rzazadə əməliyyat olunub.
Rekord.az xəbər verir ki, Avropa ikincisi və U-23 dünya çempionu T.Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.
Hər iki cərrahiyyə əməliyyatını “Liv Bona Dea” hospitalının baş həkimi Elxan Qasımov həyata keçirib.
T.Bayramovun 5, Ə.Rzazadənin isə 6 aydan sonra millinin təlim-məşq proseslərində iştirakı gözlənilir.