Millimizin üzvləri Macarıstanda üz-üzə gəldi
- 01 Fev 2022 10:32
- 509
Qadın voleybolçular arasında Macarıstan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan millisinin iki üzvü üz-üzə gəlib.
9-cu tur çərçivəsində baş tutan qarşılaşmada blokçumuz Ayşən Abduləzimovanın formasını geyindiyi "Vasas" hücumçumuz Nikolina Başnakovanın şərəfini qoruduğu "MCM Diamant" klubunu qəbul edib. Görüş Ayşən və rəfiqələrinin üstünlüyü keçib. 3 hissə davam edən matçda "Vasas" quru hesablı qələbəni bayram edib - 3:0 (25:22, 25:16, 25:22).
Bu görüşdə Ayşən Abduləzimova qonaqları 13 dəfə məyus etməklə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Yığmamızın kapitanı bu xallardan 7-ni blokda, 5-ni hücumda, 1-ni isə eyslə qazanıb. Nikolina Başnakova isə 8 dəfə fərqlənib. O, xalların hamısını hücumda qazanıb.