Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər. "Rekord.az" AZƏRTACa istiandən xəbər verir ki, ölkə başçısı ilə görüşdə İslamiadada bürünc medal qazanan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri də iştirak ediblər.

Azərbaycan komandası Türkiyədə təşkil olunmuş yarışda 29-u qızıl, 36-sı gümüş, 34-ü bürünc olmaqla ümumilikdə 99 medal qazanıb. Azərbaycan bu göstərici ilə 56 ölkə arasında 4-cü yeri tutub. Voleybolçu qadınlardan ibarət yığmamız turnirin bürünc medalını qazanıb, kişi millimiz isə yarışı dördüncü pillədə başa vurub. 

Qeyd edək ki, dövlət başçısı ilə görüşdə çıxış edənlər sırasında voleybol üzrə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov da olub.