Azərbaycan millisinin üzvləri Rumıniya kubokunun qalibi olublar. "Rekord.az" xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Yelizaveta Ruban və Olena Xarçenko “Alba Blaj” klubu ilə Rumıniya kubokunu qazanıblar.

Kişilərdən ibarət millimizin hücumçusu Andrey Melnikov isə “Corona Brasov” klubu ilə kuboka sahib çıxıb.

Qeyd edək ki, final matçında “Alba Blaj” klubu “CSO Voluntari”ni, “Corona Brasov” isə “Municipal Zalau”nu 3:1 hesabı ilə məğlub edib.