Millimizin üzvləri Rusiyada qarşı-qarşıya gəldilər
- 25 Yan 2021 11:04
- 847
Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu ölkədə forma geyinən Azərbaycan millisinin iki üzvü qarşı-qarşıya gəlib.
Oyunqurucumuz Kristina Yaqubovanın şərəfini geindiyi "Lipeçk" 20-ci turda hücumçumuz Marqarita stepanenkonun formasını geyindiyi Belarusun "Minçanka" klubunun qonağı olub. Görüş Rusiya çempionatında çıxış edən Belarus təmsilçisinin üstünlüyü ilə başlayıb və Minsk kollektivi ilk iki hissəni qalib başa vurub. Lakin bundan sonra "Lipeçk" təşəbbüsü ələ alıb. Ardıcıl iki seti aktivinə yazdıran Yaqubova və rəfiqələri ümumi hesabı bərabərləşdiriblər. Matçın taleyinə isə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə daha dəqiq oynayan Marqaritanın komandası 3:2 (25:19, 25:20, 21:25, 14:25, 15:12) hesablı qələbəyə sevinib.
İki voleybolçumuzun üz-üzə gəldiyi oyunda hücumçumuz Marqarita Stepanenko 24 xal qazanmaqla qarşılaşmanın iki ən məhsuldar oyunçusundan biri olub. O, qonaqları 20 dəfə hücumda, 3 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib. Kristina Yaqubova isə komandasına 2 xal qazandırıb. Toppaylayıcımız xalların hər ikisinin eyslə qazanıb.