Millimizin üzvləri Türkiyədə növbəti qələbəyə seviniblər
- 18 Mar 2020 11:30
- 924
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Yekaterina Jidkova və Nikalina Başnakova Türkiyədə növbəti oyununa çıxıblar. "Rekord.az" xəbər verir ki, hücumçularımızın formasını geyindiyi "Sarıyel BLD" I Liqada yarımfinal mərhələsində ilk görüşünü "Çankkale"yə qarşı keçirib.
2-ci qrupda yer alan "Sarıyer" oyuna yaxşı başlayıb və ilk seti qalib başa vurub. Lakin rəqib sonradan hesabı bərabərləşdirə bilib. Bununla belə, voleybolçularımızın komandası növbəti iki hissədə qaib gəlməklə qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.
Yekaterina Jidkova komandasının qalib gəldiyi görüşdə rəqibi 25 dəfə məyus edib. Nikalina Başnakova isə 23 xal qazanmaqla komandasının qələbəsində mühüm rol oynayıb.