Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Polina Rəhimova və Odina Əliyeva Vyetnam çempionatında çıxışlarını başa vurublar. "Rekord.az" xəbər verir ki, hər iki hücumçumuz liqanın fəxri kürsüsündə yer alıb.

Polina Rəhimovanın formasını geyindiyi "Hoa chat Duc Giang Tia Sang" klubu finalda "Ninh Bình LPBank" kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, hücumçumuzun komandası finalda məğlub olaraq gümüş medal qazanıb.

Odina Əliyevanın şərəfini qoruduğu "VTV Binh Dien Long An" klubu isə üçüncülük uğrunda  "Binh chung Thong tin - TTBP" ilə üz-üzə gəlib. Bu matçda voleybolçumuzun komandası 3:1 hesabı ilə qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb.