Millimizin üzvü daha bir il Macarıstan klubunda
- 03 May 2020 17:20
- 1005
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın növbəti il çıxış edəcəyi klubun adı bəlli olub. "Rekord.az" xəbər verir ki, blokçumuz karyerasını 2020/2021 illər mövsümündə də Macarıstanın "Vasas" klubunda davam etdirəcək.
Komandanın rəsmi saytında yerləşdirilən məlumata görə, Ayşənin uğurlu çıxışı klub rəhbərliyinin yenə yığmamızın üzvünə etimad göstərməsi ilə nəticələnib. Abduləzimova ən azı bir də Macarıstan klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, bu, təcrübəli voleybolçumuzun "Vasas"da üçüncü mövsümü olacaq.