Millimizin üzvü Dünya Kubokunda zədələndi
- 08 Okt 2019 12:21
- 1016
İpaniyanın Valyadolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Dünya Kuboku keçirilib.
Rekord.az xəbər verir ki, yarışda ölkəmizi batut gimnastikası və tamblinq üzrə yığma komandanın üzvləri İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və Mixail Malkin təmsil edib.
Bu kubokda tamblinq üzrə təmsilçimiz Mixail Malkin final hərəkətlərini icra edərkən zədə alıb və mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Təəssüflər olsun ki, Avropa çempionumuz zədə səbəbindən 28 noyabr-1 dekabr tarixlərində Yaponiyanın paytaxtı Tokioda keçiriləcək batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Dünya Çempionatında iştirak edə bilməyəcək.
Batutçularımız isə çıxışları zamanı yol verilmiş səhvlərə görə final mərhələsinə adlaya bilməyiblər.