Rusiya çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristna Besman növbəti oyununa  çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun şərəfini qoruduğu "Tulitsa" 26-cı turda "Dinamo Metar" klubunu qəbul edib. 

Görüş qonaqların üstünlüyü ilə keçib. 4 hissə davam edən oyunda Kristina və rəfiqələri 1:3 (16:25, 25:16, 22:25, 22:25) hesabı ilə məğlub olublar. 

Komandasının xalsız qaldığı qarşılaşmada yığmamızın üzvü əvəzetmə ilə oynayıb. Besman meydanda olduğu müddətdə xal qazanmayıb. 

Bununla da, Rusiya çempionatının əsas mərhələsi yekunlaşıb. "Tulitsa" bu mərhələni 39 xalla 7-ci pillədə başa vuraraq pley-offa yüksəlib. Toppaylayıcımızın komandası 1/4 finalda "Lokomotiv"lə üz-üzə gələcək.