Millimizin üzvü hazırlıq prosesindən danışdı
- 13 İyn 2022 11:03
- 480
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslam Oyunlarına və Avropa Çempionatının seçmə mərhələsinə hazırlığını davam etdirir. "Rekrod.az" xəbər verir ki, komandamızın təcrübəli oyunçularından biri liberomuz Yuliya Kərimova hazırlıq prosesi haqqında federasiyanın mətbuat xidmətinin rəsmi saytına açıqlama verib:
“Komandamızın düşərgəsində yüksək əhval-ruhiyyə var. Tezliklə yığmamızın digər üzvləri də bizimlə birgə məşqlərə qoşulacaqlar. Hazırlıq planına əsasən bir neçə yoxlama oyunu da keçirəcəyik. Yoldaşlıq matçlarında gücümüzü və ən əsası səhvlərimizi görmək çox vacibdir. İnanıram ki, biz qarşıdakı iki ay ərzində yaxşı forma toplayacaq və yarışlarda uğurla çıxış edəcəyik”.