Millimizin üzvü İndoneziyada çıxışını başa vurmaq məcburiyyətində qaldığını açıqlayıb
- 23 Mar 2020 18:19
- 1001
Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Odina Əliyeva İndoneziyada çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Jakarta Pertamina Energy" klubu koronavirusla əlaqədar bu mövsümdə mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Əliyeva uğurlu mövsüm keçirdiyi komandasının rəhbərliyinə və azarkeşlərinə təşəkkürünü bildirib. Voleybolçumuz sözlərini sosial şəbəkə vasitəsilə ünvanlayıb.
Odina məlum səbəblərdən vaxtından əvvəl vidalaşmalı oldugunu və çempionatın yarımçıq dayandırılmasına görə məyusluğunu bildirib. Komandanın bundan sonra yenə çempion olacağına umid bəslədiyini deyən Əliyeva azarkeşlərə, klub rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Odina ilə yanaşı, millimizin sabiq üzvü Natalya Məmmədovanın da şərəfini qoruduğu və gənc mütəxəssis Ziya Rəcəbovun baş məşqçisi olduğu Cakarta klubu İndoneziyanın müntəzəm çempionatını qalib başa vuraraq pley-offa vəsiqə qazanmışdı. Lakin koronavirusla əlaqədar yarış yarımçıq dayandırılıb.