Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas" 6-cı tur çərçivəsində "Haladas" klubunun qonağı olub.

5-ci oyununa çıxan "Vasas" gorüşə yaxşı başlayıb və üstünlüyünü sonadək davam etdirib. 3 hissə davam edən matçda voleybolçumuzun komandası quru hesablı qələbəni bayram edib - 3:0 (26:24, 25:14, 25:21).

Komandasının növbəti qələbəsini qazandığı görüşdə yığmamızın üzvü 7 xal qazanıb. Abduləzimova bu xallardan 5-ni hücumda, 2-ni isə blokda qazanıb.