Millimizin üzvü məğlub oldu
- 11 Apr 2022 10:32
- 487
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın formasını geyindiyi "Tuliça" 26-cı turda Kazan "Dinamo"sunun qonağı olub.
Oyun gərginliyi ilə yadda qalıb. Setlərdə növbə ilə qalib gələn komandalar görüşün taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə isə "Dinamo" daha dəqiq olub. 5 hissə davam edən matçda Kristina və rəfiqələri 2:3 () hesabı ilə məğlub olublar.
Tula təmsilçisinin qələbəni son anda əldən verdiyi qarşılaşmada millimizin üzvü 3 dəfə fərqlənib. Besman bu xallardan 2-ni hücumda, 1-ni isə blokda qazanıb.