Millimizin üzvü məğlub oldu
- 23 Okt 2022 21:16
- 460
Rusiya çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Besman növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun şərəfini qoruduğu "Tuliça" 5-ci turda "Lokomotiv" klubu ilə üz-üzə gəlib.
Doğma meydanda baş tutan görüş Tula təmsilçisi üçün uğursuz alınıb. Kristina və rəfiqələri 3 set davam edən qarşılaşmada quru hesabla məğlub olublar - 0:3 (16:25, 22:25, 17:25).
Komandasının xalsız qaldığı matçda millimizin üzvü əvəzetmə ilə oynayıb və fərqlənməyib.
Qeyd edək ki, 5 oyundan sonra 3 qələbə və 2 məğlubiyyəti olan "Tuliça" turnir cədvəlində 7-ci yerdədir.