Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin üzvü Dmitri Baranov Monteneqroda növbəti uğuruna imza atıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu “Budvo” komandası ölkə çempionatının qaibi olub.

Voleybolçumuzun komandası final matçında “Buduçnost” klubunu məğlub etməklə qızıl medala sahib çıxıb.

Qeyd edək ki, bu, voleybolçumuzun mövsümdəki ilk uğuru deyil. Bundan əvvəl Baranov komandası ilə Monteneqro kubokunu da qazanıb.