Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyuna çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tuliça" 22-ci turda "Sparta"nın qonağı olub. 

Səfər qarşılaşması voleybolçumuzun komandası üçün uğurlu alınıb. Meydan sahiblərinə yalnız bir setdə sevinmək imkanı verən Kristina və rəfiqələri 3:1 (30:28, 25:21, 22:25, 25:22) hesabı ilə qalib gəliblər. 

Komandasının növbəti xalları qazandığı görüşdə millimizin üzvü bir dəfə hücumda fərqlənib.