Finlandiyada Liqa Kubokunun yarımfinal oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozancan Kökçünün çıxış etdiyi HJK KuPS ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.


Kökçü 46-cı dəqiqədə - hesab 1:1 olarkən meydana çıxıb. 


HJK bu qələbə ilə finala vəsiqə qazanıb. Paytaxt klubu artın 29-da finalda “İnter Turku” ilə qarşılaşacaq.