Millimizin üzvü qızıl medalını Ordu üçün hərraca çıxarır
- 16 Okt 2020 21:15
- 828
Yunan-Roma güləşi üzrə 2 qat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı təklif irəli sürüb.
Rekord.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin təcrübəli üzvü fevralda keçirilən qitə birinciliyində əldə etdiyi qızıl medalı hərraca çıxarmağa hazır olduğunu bildirib.
O, satışdan əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürəcəyini söyləyib.
Hüseynovun sözlərinə görə, hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır: "Bu il ikinci dəfə Avropa çempionu oldum. 9 illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir. Ancaq bu gün hər birimiz vətən və Ordumuza dəstək üçün bütün fədakarlıqlara getməyə hazır olmalı, böyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik. Təkcə bir idmançı və Azərbaycan vətəndaşı kimi yox, həm də Sillahlı Qüvvələrin zabiti kimi İtaliyanın paytaxtı Romada qazandığım və mənim üçün çox əziz olan qızıl medalı auksiona çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürməyə hazıram”.