Millimizin üzvü quru hesabla uduzdu
- 13 Mar 2023 13:30
- 401
Rusiyada çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun şərəfini qoruduğu "Tulitsa" 23-cü turda "Proton" klubu ilə qarşılaşıb.
Rəqib meydanında baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. 3 set davam edən matçda Kristina və rəfiqələri quru hesabla uduzublar - 0:3 (19:25, 22:25, 17:25).
Tula təmsilçisinin xalsız qaldığı bu qarşılaşmada toppaylayıcımız əvəzetmə ilə oynayıb. Besman meydanda olduğu qısa müddətdə xal qazanmayıb.
Qeyd edək ki, "Tulitsa" 38 xalla turnir cədvəlində 7-ci yerdədir.