Rusiyda qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Kristina Besmanın formasını geyindiyi "Tuliça" 17-ci turda "Sparta"nı qəbul edib. 

Görüş oyunqurucumuzun komandası üçün uğurlu keçib. Tula təmsilçisi doğma azarkeşlər önündə rəqibə heç bir şans verməyib. 3 set davam edən matçda Kristina və rəfiqələri quru hesablı qələbəyə seviniblər - 3:0 (25:20, 25:19, 25:20). 

Komandasının çətinlik çəkmədiyi qarşılaşmada millimizin toppaylayıcısı bir dəfə fərqlənib. O, bu xalı hücumda qazanıb.

Qeyd edək ki, "Tuliça" 17 turdan sonra turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komandanın hesbında 31 xal var.