Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu ölkənin çempionatında çıxış edən Azərbaycan millisinin üzvü Kristina Yaqubova da meydana çıxıb.

Toppaylayıcımızın şərəfini qoruduğu "Lipeçk" 17-ci turda Krasnodar "Dinamo"su ilə qarşılaşıb. Səfərdə baş tutan görüş Kristina və rəfiqələri üçün uğursuz alınıb. 3 set davam edən matçda oyunqurucumuzun komandası quru hesablı məğlubiyyətlə barışmalı olub - 0:3 (21:25, 19:25, 23:25).

Komandasının xalsız qaldığı oyunda toppaylayıcımız Kristina Yaqubova hesabına xal yazdıra bilməyib.