Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Rubanın yeni mövsümdə çıxış edəcəyi klubun adı bəlli olub. "Rekord.az" xəbər verir ki, voleybolçumuz karyerasını Rumıniyada davam etdirəcək.

Təcrübəli hücumçumuz artıq Rumıniyanın "C.S.M. Lugoj" kollektivi ilə artıq razılığa gəlib. Liza ən azı bir il yeni klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, "C.S.M. Lugoj" 2022/23 illər mövsümündə ölkə birinciliyi və kuboku ilə yanaşı, Avropa "Challenge cup" turnirində də mübarizə aparacaq.