Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Besman Rusiya çempionatında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun şərəfini qoruduğu "Tuliça" 1-ci turda "Yenisey" klubu ilə üz-üzə gəlib.

Doğma meydanda baş tutan görüş Tula təmsilçisi üçün uğurlu alınıb. Kristina və rəfiqələri ilk setdə uduzsalar da sonrakı hissələrdə qələbə qazana biliblər. 4 set davam etmiş qarşılaşmada "Tuliça" 3:1 ( 23:25, 25:15, 25:18, 25:17).

Komandasının birinciliyinə qələbə ilə başladığı görüşdə voleybolçumuz 3 xal qazanıb. Besman qonaqları 2 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.