Qadın voleybolçulardan ibarət Azərbaycan milisinin üzvü Kristina Besman Rusiya çempionatında çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tulitsa" 1/4 finalda "Lokomotiv" klubu ilə üz-üzə gəlib.

Cütün ilk görüşündə quru hesabla uduzan voleybolçumuzun komandası bu dəfə də rəqiblə bacarmayıb. Doğma meydanda baş tutan cavab matçında Tula təmsilçisi 0:3 (19:25, 23:25, 23:25) hesablı məğlubiyyətlə barışmalı olub. Beləliklə, komanda Rusiya çempionatında mübarizəni 1/4 finalda dayandırıb.

Komandasının birinciliklə vidalaşdığı qarşılaşmada yığmamızın üzvü 3 dəfə fərqlənib. Besman bu xallardan 2-ni eyslə, 1-ni isə hücumda qazanıb.