Millimizin üzvü Rusiyada növbəti qələbəsini qazandı
- 01 Okt 2022 19:35
- 406
Rusiyada qadın voleybolçuların çempionatında ikinci turun oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan millisinin üzvü Kristina Besman ilk görüşdə olduğu kimi yenə qələbəyə sevinib.
Toppaylayıcımızın formasını geyindiyi "Tulitsa" klubu "Lipetsk" ilə üz-üzə gəlib. Səfər qarşılaşması voleybolçumuzun komandası üçün uğurlu keçib. 3 set davam etmiş matçda Kristina və rəfiqələri quru hesablı qələbə qazanıblar - 3:0 (25:19, 25:14, 28:26).
Komandasının çətinlik çəkmədən qələbə qazandığı görüşdə yığmamızın üzvü bir dəfə fərqlənib. Besman bu xalı blokda qazanıb.