Millimizin üzvü Ukrayna çempionatında mübarizə aparacaq
- 07 Okt 2022 19:31
- 432
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının daha bir üzvünün yeni iş yeri məlum olub. "Rekord.az" xəbər verir ki, hücumçumuz Marqarita Stepanenko karyerasını Ukraynada davam etdirəcək.
30 yaşlı təcrübəli voleybolçumuz bu ölkənin "Prometey" klubu ilə razılığa gəlib. Ukrayna əsilli milli oyunuçumuz ən az bir yeni komandasının uğurları üçün çalışacaq.