Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının daha bir üzvü ölkə xariciində çıxış edəcək. "Rekord.az" xəbər verir ki, komandamızın toppaylayıcısı Şəfaqət Alışanova karyerasını Yunanıstanda davam etdirəcək. 

Təcrübəli oyunqurucumuz 2021/22 illər mövsümündə Yunanıstanın "Porfyras AOF" klubunun şərəfini qoruyacaq. Voleybolçumuz ən azı bir il yeni komandasının uğurları üçün çalışacaq. 

Qeyd edək ki, "Porfyras" Yunanıstan Super Liqasında mübarizə aparır.