Millimizin üzvünün komandası yenə məğlub oldu
- 14 Noy 2022 10:23
- 379
Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Kristina Besmanın formasını geyindiyi "Tulitsa" 7-ci turda "Dinamo Moskva"nı qonaq edib.
Görüşdə voleybolçumuzun komandası üçün yaxşı başlayıb və meydan sahibləri ilk seti qalib başa vurublar. Lakin Tula təmsilçisinin bundan artığına gücü çatmayıb. Sonrakı hissələrdə uduzan Kristina və rəfiqələri qarşılaşmadan 1:3 (25:21, 22:25, 16:25, 28:30) hesablı məğlubiyyətlə ayrılıblar.
Komandasının xalsız qaldığı matçda yığmamızın oyunqurucusu bir dəfə əvəzetmə ilə meydana çıxıb.