Voleybolçu kişilərdən ibarət millimizin və "Xarı bülbül Şuşa" klubunun üzvü Tural Həsənli əməliyyat olunub. "Rekord.az" xəbər verir ki, bu barədə voleybolçunun şərəfini qoruduğu "Xarı bülbül Şuşa" klubuməlumat yayıb. Məlumatda bildirilir:

""Xarı Bülbül Şuşa" komandasının dəyərli oyunçusu, Azərbaycan milli komandasının kapitanı Tural Həsənli Yunanıstan səfəri zamanı sağlamlığı ilə bağlı keçirdiyi narahatlıqdan sonra çox kritik vəziyyətdə Bakıya çatdırılmış və birbaşa aeroportdan xəstəxanaya yerləşdirilərək ağır bir əməliyyat keçirmişdir.

Həyatı təhkükəsinin olduqca yüksək olduğu daxili qanaxma və bağırsaq partlaması əməliyyatı sonrası Turalın vəziyyəti nisbətən qənaətbəxş sayıılır".