Millimizin və Bakı klubunun üzvləri Türkiyədə tibbi müayinədən keçiblər
- 16 Sen 2020 10:51
- 1402
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi və onun bazası sayılan "Azərreyl" klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir. "Rekord.az" xəbər verir ki, voleybolçularımız hazırlıq çərçivəsində tibbi müayinədən də keçiblər.
Azərbaycan voleybolçuları yığmamızın və "Azərreyl"in sponsoru olan Acəbadem Klinikalar Şəbəkəsində müayinə olunublar. Komandalarımızın üzvlərində hər hansı bir problem aşkarlanmayıb. Eyni zamanda, məşqçilər korpusunun da səhhəti yoxlanılıb.