Avropa çempionatının əsas mərhələsinin oyunlarına hazırlıq məqsədi ilə martın 16-dan təlim-məşq toplanışına yığışan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Bakıda son məşqini keçirib.


Rekord.az xəbər verir ki, baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 18 futzalçı dəvət etsə də, səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 nəfərləyollanacaq.


Millinin yekun heyətini diqqətinizə çatdırırıq:


Qapıçılar: Hüseyn Abdulov, Əli Həsənzadə;


Oyunçular: Rəvan Məşiyev, Oqtay Mahmudzadə, Ədalət Ələkbərov, Hüseyn Cəfərzadə, Pünhan Qasımzadə, Nazim Hüseynov, Bəyoğlan Vəlizadə, Fariz Hüseynov, Rəvan Quliyev, Elgün Sadıqlı.


U-19 martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyə yığması ilə qarşılaşacaq. Qrup oyunlarını birinci pillədə başa vuracaq komanda final mərhələsinə vəsiqə qazanacaq.