
Millimizin Yunanıstanla oyun üçün yekun heyəti bilindi
- 08 Mar 2025 17:30
- 77
Azərbaycanın futzal millisinin AVRO-2026-nın əsas mərhələsində Yunanıstanla oyun üçün Afinaya aparılacaq yekun heyəti açıqlanıb.
Rekord.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlığın Bakı mərhələsini bitirən baş məşqçi Vitali Borisov səfərə 14 futzalçı ilə yollanacaq.
Komanda bu gecə Bakı-İstanbul-Afina reysi ilə matçın keçiriləcəyi ölkəyə yola düşəcək.
№ | Ad, soyad | Klub |
1 | Emin Kürdov | Araz-Naxçıvan |
2 | Novruz Kazıxanov | Araz-Naxçıvan |
3 | Emil Həsənzadə | Neftçi İK |
4 | Xəzər Ağalızadə | Araz-Naxçıvan |
5 | Tofiq Mikayılov | Baku Fire |
6 | Kənan Manafov | Baku Fire |
7 | Oktay Rüstəmli | Baku Fire |
8 | Nihad İsmayılov | Baku Fire |
9 | Fərid Atakişiyev | Neftçi İK |
10 | Ülvi Əliyev | Araz-Naxçıvan |
11 | Eldar Zeynalov | Neftçi İK |
12 | Nurlan Mehdizadə | Baku Fire |
13 | Kamran Hacıyev | Baku Fire |
14 | Murad Quluzadə | Baku Fire |
Qeyd edək ki, Yunanıstan - Azərbaycan görüşü martın 11-də Afinada baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.