
Millimizlə oyundan öncə heç-heçə
- 11 Noy 2020 23:59
- 639
Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında növbəti rəqibi olan Monteneqro yığması yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, sözügedən komanda Qazaxıstanla üz-üzə gəlib.
Monteneqro yığması öz meydanında baş tutan bu oyundan qolsuz bərabərliklə ayrılıb - 0:0.
Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərində baş tutacaq Azərbaycan – Monteneqro görüşü noyabrın 14-də keçiriləcək.