Millimizlə oyunu buraxacaq: Giqs açıqladı
- 07 Okt 2019 16:00
- 697
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığmasında bir futbolçunun yoxluğu məşqçilər korpusunu narahat edir.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Devid Bruks zədədən əziyyət çəkir.
Dizindəki zədə ucbatından artıq bir müddətdi klubu "Bornmut"da da oyunlara çıxmayan 22 yaşlı hücumameyilli oyunçu bu ay seçmə mərhələnin Slovakiya və Xorvatiya ilə keçiriləcək oyunlarını buraxacaq.
Baş məşqçi Rayan Giqqz aparıcı oyunçusunun hətta seçmə mərhələni baş vurmaq şansının da böyük olduğunu söyləyib: "Devidin hələ bir ay fərdi məşqlər, bərpa hazırlığı keçməsi gözlənilir.
Hətta noyabr ayında sağalsa belə, uzun müddət oynamadığı üçün formada olmayacaq. Dönüşü noyabra gözlənilir. Ancaq dərhal da milliyə çağırmağı düşünmürük. Bu üzdən Uiksin gələn ay Azərbaycan və Macarıstanla keçiriləcək son matçlarda iştirakına inanmıram".
Uels yığması noyabrın 16-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.