Millinin baş məşqçiləri hesabat verdi
- 28 Dek 2020 19:00
- 813
Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin rəhbərliyi ilə iclas keçirilib.
Rekord.az xəbər verir ki, iclasda yığma komandaların baş məşqçiləri iştirak edib.
Görüşdə əvvəlcə dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunun nəticələri müzakirə olunub və baş məşqçilərin hesabatı dinlənilib.
Daha sonra 2021-ci ilin təqvim planında yer alan təlim-məşq toplanışları, yarışlar, o cümlədən Avropa və Dünya Olimpiya Təsnifat turnirlərinə hazırlıq prosesləri geniş müzakirə olunub.
Təqvim planı ilə bağlı təkliflərini səsləndirən və tapşırıqlarını verən AGF-nin prezident əvəzi Namiq Əliyev lisenziya yarışlarına maksimum səviyyədə hazırlıq üçün bütün zəruri tədbirlərin görüləcəyini və lazım olan şəraitin yaradılacağını bildirib.