Millinin baş məşqçisi ilə yeni müqavilə
- 25 İyl 2024 10:00
- 169
Albaniya Futbol Federasiyası millinin baş məşqçisi Silvinyo ilə müqavilənin müddətini uzadıb.
Rekord.az qurumun saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə yeni müqavilə 2025-ci ilin dekabrına kimi nəzərdə tutulub.
Ona DÇ-2026-ya vəsiqə tapşırığı verilib.
Xatırladaq ki, Silvinyo 2023-cü ilin yanvarından Albaniya millisini çalışdırır. Komanda bu mütəxəssisin rəhbərliyi altında AÇ-2024-də iştirak edib və qrup sonuncusu olub.