Millinin baş məşqçisi maaşının azaldılmasını istədi
- 23 Apr 2020 13:41
- 602
Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis Enrike ölkənin futbol federasiyasının rəhbərliyinə maaşının 25 faiz azaldılması ilə bağlı müraciət edib.
Rekord.az AS nəşrinə istinadən xəbər verir ki, o, koronavirus pandemiyası səbəbindən yaranan böhranla əlaqədar federasiyaya kömək etmək üçün bu addımı atıb.
İlinə 1.5 milyon avro qazanan ispan mütəxəssisin sayəsində qurum 375 min avro qənaət edə bilər.
Qeyd edək ki, Enrike ilk dəfə 2018-ci ilin iyulunda İspaniya millisinə baş məşqçi təyin olunub. Amma o, qızının ağır xəstəliyi səbəbindən 2019-cu ilin yayında yığmadan ayrılmışdı. 49 yaşlı çalışdırıcı ötən il noyabrın 19-də yenidən milliyə qayıdıb.