Millinin "ev"də ilk oyunu, Terimin Bakıya ilk səfəri... VİDEO
- 10 Apr 2020 13:20
- 871
Futbol üzrə Azərbaycan yığmasının ilk dəfə Bakıda meydana çıxdığı tarixi oyundan bu gün 24 il ötür.
Rekord.az xəbər verir ki, UEFA-nın qərarına əsasən yığmamız 1994-95-ci illərdə AVRO-96-nın seçmə mərhələsində ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirirdi.
Yalnız Bakıda ictimai-siyasi vəziyyət sabitləşdikdən sonra qitənin ali futbol qurumu Azərbaycan millisinə ev oyunlarıın öz azarkeşləri qarşısında oynamağa icazə verdi. Bakıya ilk səfər edən komanda isə qardaş Türkiyə yığması oldu.
"İmperator" ləqəbli Fatih Terimin başçılığı altında 1996-ci il aprelin 9-da Respublika stadionunda yığmamızla qarşılaşan Türkiyə millisi bu yoldaşlıq görüşündə 1:0 hesablı qələbə qazandı.