Millinin oteldə siqaret çəkən üzvlərinin adları məlumdu
- 25 Okt 2019 11:00
- 1898
Çexiyada keçirilən Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edən futbolçularımızın siqaret qalmaqalı böyüməkdədir.
Rekord.az xəbər verir ki. U-19 yığmamızın 4 üzvünün zərərli vərdişə aludə olması AFFA-nı da işə salıb.
Belə ki, komandamızın qaldığı otel tərəfindən federasiyaya 500 avro cərimə kəsilib.
Federasiya səbəbkarların cəzalandırıldığını elan edib, adları isə açıqlamayıb. Sportinfo.az onların kimliyini müəyənləşdirib.
İlk olaraq siqaret çəkənlərdən birinin "Keşlə"nin qapıçısı Əkbər Vəliyevin olmasını xəbər vermişdik. Məlum olub ki, qadağanı pozan digər futbolçular - Tural Bayramov, Ədilxan Qarəhmədov və Turan Vəlizadədir. Bu oyunçular müvafiq olaraq, "Qarabağ", "Səbail" və "Neftçi"nin formasını geyinir.
AFFA nizam-intizama riayət etməyənlərə ezamiyyə xərci ödəməyəcək. Cəza bununla bitmir. Qalmaqalla yadda qalan futbolçular millinin növbəti toplanışlarına dəvət almayacaq.
Stovki şəhərində yerləşən otelin nümayəndələri U-19 yığmamız bura yerləşən günün axşamı futbolçulara otaqlarda siqaret çəkməmək barədə xəbərdarlıq edib. Amma onlar buna məhəl qoymayıblar.
Daha sonra tualetdə quraşdırılan siqnalizasiya vasitəsilə bu işin üstü açılıb.