Futbol üzrə İsveçrə yığma komandasının sabiq baş məşqçisi Yakub Kun vəfat edib.

Rekord.az xəbər verir ki, isveçrəli mütəxəssis 76 yaşında ölkəsindəki xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, Kun futbolçu karyerası ərzində “Sürix” və “Qrashopper” klublarının şərəfini qoruyub. O, İsveçrə yığmasında 63 oyun keçirib.

Kun məşqçilik karyerasında da “Sürix” klubunu və İsveçrə yığmasını çalışdırıb. Milli komanda onun rəhbərliyi altında AÇ-2004 və AÇ-2008-də, həmçinin DÇ-2006-da iştirak edib. Həmin dünya çempionatında İsveçrə yığması 1/8 finala qədər irəliləyib.