Millinin sabiq futbolçusu 35 yaşında vəfat etdi
- 25 Okt 2024 15:20
- 131
Mərakeş yığmasının sabiq futbolçusu Əbdüləziz Barrada 35 yaşında vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə onun keçmiş klubu PSJ-nin mətbuat xidməti məlumat yayıb.
Barradanın ölüm səbəbi ürəktutması olub. Fransa Liqa 1-nin növbəti turunda PSJ ilə "Marsel" arasında keçiriləcək matçdan öncə sabiq yarımmüdafiəçi üçün bir dəqiqəlik sükut planlaşdırılır.
Barrada 2013-cü ildə Afrika Millətlər Kuboku və 2012-ci il London Yay Olimpiya Oyunlarında Mərakeş yığmasının formasını geyinib. PSJ ilə yanaşı, Fransada "Olimpik” (Marsel), Türkiyədə "Antalyaspor" klublarında çıxış etmiş mərakeşli futbolçu karyerasını 2021-ci ildə başa vurmuşdu.