Millinin sabiq qapıçısı sürücülük vəsiqəsindən məhrum edildi
- 25 Sen 2024 17:30
- 131
İngiltərənin "Arsenal" klubunun və Almaniya millisinin sabiq qapıçısı Yens Lemann müvəqqəti olaraq sürücülük vəsiqəsindən məhrum edilib.
Rekord.az xəbər verir ki, bu barədə "T-online.de" nəşri məlumat yayıb.
Polis 54 yaşlı veteran qolkiperi sentyabrın 23-nə keçən gecə Münhendə saxlayıb. O, alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçə bilməyib. Bu səbəbdən Lemannın sürücülük imtiyazları ləğv edilib.
Almaniyalı oyunçu karyerası ərzində ölkəsində "Şalke", Dortmund "Borussiya"sı, "Ştutqart" və İtaliyada "Milan" kimi klubların formasını geyinib.